HASANLY

HASANLY Xəbərlər 2-05-2023, 14:04

İTV Yayım Şurasına yeni üzvlər seçildilər - ADLAR

İTV Yayım Şurasına yeni üzvlər seçildilər - ADLAR
Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılıb, Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 430 462 386 399 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.