ice berg

ice berg Programlar 7-05-2023, 19:00

"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya

"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya
"WhatsApp" messencerinin Android versiyasının dizaynı bir neçə ildən sonra ilk dəfə olaraq dəyişdirilir.

LoaDinG.aZ "WABetaInfo"a istinadən xəbər verir ki, yeni dizayn daha çox proqramın iOS versiyasına bənzəyəcək.

Tətbiqin dizaynında və interfeysində dəyişikliklər 2.23.8.4 beta versiyasının istifadəçiləri tərəfindən müşahidə edilib. Onlar həmçinin ekranın altındakı yeni naviqasiya paneli ilə proqramın interfeysini göstərən ana səhifənin ekran görüntüsünü paylaşıblar.

Tərtibatçıların fikrincə, dizaynın yeni versiyası istifadəçilərin messencerdə tablar arasında keçidini asanlaşdıracaq.

Məlumata görə, "WhatsApp"ın Android versiyasının istifadəçiləri illərdir tərtibatçılardan proqramın dizaynını yeniləməyi xahiş edirdilər.

Hələ ki, yenilik yalnız bəzi beta testerlər üçün əlçatandır. Lakin yaxın gələcəkdə yeniliyin bütün versiyalar üçün aktiv olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 586 470 480 459 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.