ice berg

ice berg Müxtəlif 7-05-2023, 23:00

Sarı, qəhvəyi, yaşıl və sarı

Sarı, qəhvəyi, yaşıl və sarı


Yaxşı ki,

tez getdi.



Qapının divara sıxışan

solğun kölgəsi də

çıxıb getsin deyə,

qapını örtdüm.


Və qaldığım yerdən

bozarmış divar kağızlarının

fonundakı tabloda

nəsə axtarmağa başladım.


Düz bir həftədir,

axtarıram ki,

kiçik tabloda təsvir edilən

böyük pəncərənin

şüşələrindən görünən mənzərədə

yaşıla dolaşan qəhvəyi

sarıya qoşulub

bənövşəyi süsən çiçəklərinin

bələdçiliyi ilə

açıq maviyə toxunursa…


Evrika…


Demək,

şüşələr bu rəngləri,

bu qədər rəng isə

şüşəni –

rəngsiz bir nəsnəni

göstərmək üçündür.


Əsl sehir budur, deyib

tez-tələsik rəfdən

uşaqlıq əşyalarımı yığdığım

qutunu götürdüm.


Açıb gördüm,

illər elə sürətlə keçib ki,

toz götürüb buranı…


Rəngləri ağarıb

rubik kubunun,

zaman öz yöntəmiylə

həll edib onu.


Akvarellər solub,

kətan saralıb…



Fırçanı alıb

kətanın üzərində

bütün rəngləri bir-birinə

qatıb qarışdırdım.


Sonra

baxdım,

gördüm,

güldüm

və pıçıldadım:


Xanımlar və cənablar.



Abrakadabra…


Rəngarəng bir qara,

həm də qapqara.

Rauf Ra

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 558 520 525 556 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.