Mira

Mira Hekayələr 31-07-2017, 23:34

Dərdləri musiqinin və yağışın üzərinə yazan insanlarıq biz..

Dərdləri musiqinin və yağışın üzərinə yazan insanlarıq biz..
Dərdləri musiqinin və yağışın üzərinə yazan insanlarıq biz..





Bəzən bir musiqi insanı çox uzaqlara aparar.İnsanı özündən yaxşı tanıyar.Bir musiqi insanın ürəyinə toxunar.Onun hisslərini bilər,oyadar.Bir musiqi insanı düşündürər.Düşünərsən çoxlu.Bir musiqi insanı ağladar.Musiqiynən yaşayarsan.Bir musiqi sənə cənnəti bəxş edər.Musiqi insanı qabağında diz çökdürər.Həmin musiqiyə təslim olarsan.Sanki bir musiqi sənə dərdini danışar.Səndə oturub saatlarca dinləyərsən.Bir musiqi insanın ən yaxın dostu olar.Sən də dərdlərini onunla bölüşərsən.İnsan bir musiqini bütünlüklə hiss edər.Əsas olan da elə musiqini hiss edərək dinləməkdir.Musiqi bəzi insanlar üçün həyatdır.Çünki,musiqi bəziləri kimi yersiz danışmaz.Gələr,sənə dərdini danışar,səni özünə təslim edər,sənin yaxının olar,səni hiss edər və sonda da bitər...Bağışlayın,səhv yazdım,bitməz.O musiqi dayanar,yağış başlar.Pəncərəni döyər,sanki bir ritm yaradar,yağış da bizi hiss edər sanki.Elə gözəl vaxtda yağar ki,dərdlərini musiqiynən bölüşüb qurtarıb,ağladığın vaxt gələr və səni köhnələrə aparar,yaranı daha da deşər,ağrılarının üzərinə duz basar,səni yox edər...Dərdləri musiqinin və yağışın üzərinə yazan insanlarıq biz...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
594 567 557 523 517 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.