ice berg

ice berg Ana və uşaq 16-05-2023, 14:30

Uşağın autizmli doğulma riskləri hansılardır?

Uşağın autizmli doğulma riskləri hansılardır?
Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir.
LoaDinG.aZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.
O qeyd edib ki, burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.
"Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dan əziyyət çəkir.
Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib", -deyə o əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 484 447 431 439 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.