ice berg

ice berg Programlar 20-06-2023, 07:30

"WhatsApp" işlədənlər üçün VACİB XƏBƏR

"WhatsApp" işlədənlər üçün VACİB XƏBƏR
"WhatsApp"ın "Windows" tətbiqində bütün digər versiyalarında mövcud olan çat vasitəsilə dəstək almaq funksiyası aktivləşdirilib.

Belə ki, "Whatsapp"da problemlə qarşılaşdığınız zaman artıq "Windows" proqramında canlı söhbətin köməyi ilə dəstək ala bilərsiniz.

"WhatsApp"ın canlı dəstək funksiyasından necə istifadə etmək olar?

LoaDinG.aZ Trend-ə istinadən xəbər verir ki, "WhatsApp" ilə bağlı hər hansı problemlə qarşılaşdıqda, tətbiqin aşağı sol küncündəki Parametrlər bölməsinə klikləmək lazımdır. Açılan pəncərədə "Yardım> Bizimlə əlaqə saxlayın" qeyd olunub.

Görünən pəncərədə "Biz sizə necə kömək edə bilərik?" bölməsində probleminizi təsvir edin. Cihazınızın məlumatını hesabatınıza əlavə etmək faydalı ola bilər, xüsusən də texniki problemlərlə üzləşirsinizsə .

Bu addımlardan sonra "Göndər" düyməsini sıxın. Beləliklə, "WhatsApp" sizin üçün şəxsi söhbət yaradacaq. Probleminizi həll etmək üçün bu çat vasitəsilə canlı dəstək ala bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 389 396 398 370 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.