"Yuventus"dan getdiyinə görə özünü satqın saymır
“Milan”ın yeni transferi Leonardo Bonuççi “Yuventus”u tərk etməyinə peşman deyil.
“Yeddi il bir klubda çıxış edəndə oradan yaxşı səviyyədə getmək istədiyini düşünürsən. Amma elə alındı ki, mövsümün sonlarında hər iki tərəf arasında əlaqələr korlanmağa başladı, ona görə də ayrılmaq qərarı verdik. Son aylar nələrsə baş verirdi, mənim də getməyim bunun nəticəsi idi. Mənim “Yuventus”a etdiklərimi nəzərə alsaq, özümü satqın saymıram” - deyə Bonuççi bildirib.
Xatırladaq ki, 30 yaşlı müdafiəçisi bu yaxınlarda “Yuventus”dan “Milan”a keçib.






