n2006

n2006 Kişilər 26-06-2023, 20:00

Xanımları daha yaxşı başa düşməyin asan yolları – KİŞİLƏR OXUSUN!

Xanımları daha yaxşı başa düşməyin asan yolları – KİŞİLƏR OXUSUN!
Bəzən insanlar hər hansı bir mövzuda fikirlərini səmimi etiraf edə bilmir. “Hə” və ya “yox” deyərkən əslində tam olaraq əksini nəzərdə tuturlar. Bu vəziyyət xüsusən də xanımlara şamil olunur. Qadınların istəkləri bitib tükənmək bilmir. Sizə qarışıq görünsə də, əslində xanımlar çox şey istəmirlər, sadəcə onlar deyən olsun, vəssalam.

Bəylərə xanımları daha yaxşı başa düşməyin asan yollarını təqdim edirik:



Gözlənilməz təkliflər

Təbii ki, bu, hər gün mümkün deyil. Amma xanımlar sizdən diqqət gözləyir. Siz onu hər ay müxtəlif xarici ölkələrə səyahətə apara bilməsəz də, həftədə bir dəfə romantik axşam yeməyinə dəvət edə bilərsiz. Bu xanımları çox xoşbəxt edir. Növbəti addımın nə olduğunu bilməsəz də, siz artıq yanınızdakı xanımı həyəcanlandırmağa müvəffəq oldunuz.

Təkid edin

Əgər bir qadın sizə “yox” deyirsə, bu əslində “yox” demək deyil. O dəqiqə əl çəkməyin, bir az təkid edin, incə davranın və sualınıza səmimi içdən cavab alın. Bundan fəqli olaraq, bir xanımın “hə” deməsində isə heç bir qeyri-adilik yoxdur.

Özgüvən

Hər bir qadın yanında ona güvənən, inanan kişi istəyir. Xüsusilə də özünə inamın azaldığı bir zamanda yanındakı kişinin ona özgüvənini qaytarması qadın üçün inanılmaz bir hissdir. Bunu sadəcə dildə yox, əməldə, ona həqiqətən dəstək olaraq edin.

Hədiyyələr

Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Onları bahalı hədiyyələrlə deyil, ürəyinizdən gələn xoş sözlərlə də xoşbəxt edə bilərsiz. Bundan başqa, sevdiyi şirniyyatlar, şokaladlar və bir dəstə qızılgül heç də pis olmaz.

Yumor hissi

Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Qadınları güldürmək üçün xoş zarafatlar etməyə çalışın. Təbii ki, həddinizi aşmadan.

Qayğı

Çox da bezdirmədən, gecə-gündüz yüz dəfə zəng etmədən də qayğıkeş, diqqətcil ola bilərsiz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.

Pozitivlik

Duyğusal olaraq zəif və kövrək olan xanımlar üçün motivasiya önəmlidir. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın.

Dürüstlük

Qadınlar bu məsələdə çox həssasdırlar. Çalışın onlara qarşı dürüst olun. Harasa getmək istəmədiyiniz zamanlarda “axşam futbol var” demək yerinə səmimi şəkildə getmək istəmədiyinizi demək kifayətdir. Hər zaman sözün düzünü danışın.

Hörmət

Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 423 480 411 449 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.