ice berg

ice berg Programlar 9-07-2023, 19:00

"Windows 12"nin buraxılacağı tarix açıqlanıb

"Windows 12"nin buraxılacağı tarix açıqlanıb
Microsoft 2024-cü ilin payızında özünün yeni Windows 12 əməliyyat sistemini buraxmağa hazırlaşır.

Loading.aZ dünya mətbuatına istinadən xəbər verir ki, indi "üzən" tapşırıqlar paneli olan iş masası da daxil olmaqla yeni dizaynlar sınaqdan keçirilir.

Daxili sənədlərə əsasən, "Windows 12" unikal xüsusiyyəti olan fərqli tipli iş masası təklif edəcək. İdeya budur ki, tapşırıqlar paneli iş masasından ayrı görünsün və kənarları yuvarlaqlaşdırılaraq iş masasının üstündə "üzən" formada olsun.

Şirkətə yaxın mənbələrin məlumatına görə, Microsoft "Windows 12"ni ARM prosessorları üçün optimallaşdırır. Şirkət həmçinin yeni əməliyyat sisteminə "süni intellekt elementləri ilə dərin inteqrasiya edilmiş funksiyalar" əlavə etməyi planlaşdırır.

Daha əvvəl "Windows 12"nin süni intellektə malik olacağını bildirilmişdi. Gələn ilin payızında buraxılması planlaşdırılan "Windows 12" üçün 2025-ci ildə daha geniş istehsalı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 447 387 416 395 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.