ice berg

ice berg İdman 17-07-2023, 10:30

“Mançester Yunayted”in kapitanlığından məhrum edildi

“Mançester Yunayted”in kapitanlığından məhrum edildi

"Mançester Yunayted"in futbolçusu Harri Maquayr öz “Twitter” hesabında artıq komandanın kapitanı olmadığını açıqlayıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, müdafiəçinin sözlərinə görə, bu qərarı “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq verib və o, kapitan sarğısını başqa oyunçuya ötürəcəyi ilə bağlı artıq Maquayre şəxsən məlumat verib.

Maquayr 3 il yarım əvvəl, norveçli Ule-Qunnar Sulşer komandanın baş məşqçisi olanda “Mançester Yunayted”in kapitanı olub.

30 yaşlı müdafiəçi 2019-cu ilin avqustunda “Mançester Yunayted”ə keçib, “Mançester Yunayted” futbolçunun transferi üçün “Lester Siti”yə 87 milyon avro ödəyib. Ümumilikdə Maquayr “Mançester Yunayted”in heyətində 175 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 402 414 461 410 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.