ice berg

ice berg Programlar 28-07-2023, 11:00

"TikTok"da malların çatdırılması üçün proqram olacaq

"TikTok"da malların çatdırılması üçün proqram olacaq
“TikTok” malların satışı və çatdırılması proqramını işə salacaq.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, “TikTok” Çinli satıcılara bütün dünyada məhsul satmaqda kömək etmək üçün elektron ticarət proqramı yaradacaq.

Bildirilir ki, “TikTok” proqramı avqustda işə salmağı planlaşdırır. O, ilk olaraq ABŞ-dakı istehlakçılara rəsmi olaraq təqdim ediləcək.

ABŞ-da “Shein” və “PDD Holdings (PDD.O) Temu” kimi ticarət platformalarının uğurunu təkrarlamağa çalışan Çin qısa video platforması, Çindəki biznesmenlər üçün saxlamadan tutmuş çatdırılmaya qədər bir sıra xidmətlər təqdim edəcək.

“TikTok”un "tam xidməti" adlandırılan proqram artıq sınaqdan keçirilir. Tam xidmət proqramı Çindəki satıcıların ABŞ-da məhsul satmasını asanlaşdıracaq. Çünki “TikTok” onlara gömrük rəsmiləşdirilməsi, anbar və logistika kimi sahələrdə kömək edəcək.

Lakin hazırda platformasında bir çox markalı məhsul satan Amazondan (AMZN.O) fərqli olaraq, “TikTok” hazırda öz məhsullarını satmağı planlaşdırmır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 444 476 467 467 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.