2 avqust- bu gün Azərbaycanda kino günüdür
Populyar mədəniyyət sahəsi olan kinoda heç vaxt bitməyən və daim yenilənən problemlər üzə çıxır. Filmlər insanlara müxtəlif mədəniyyətləri tanımağa, anlamağa kömək edir. Bununla yanaşı, təxəyyülü inkişaf etdirməyə və müxtəlif ideyaları kəşf etməyə kömək edir. Filmi çəkmək bir neçə mərhələdən ibarətdir. İlk olaraq ssenari yazılır, kastinq seçilir, aktyorlar rollara görə uyğunlaşdırılır. Sonra çəkilişlər başlayır.
2 avqust- bu gün Azərbaycanda kino günüdür. Azərbaycan kinoları tarix boyu xalqın dünyagörüşünü, milli-mənəvi dəyərlərini, adət-ənənələrini əks etdirib. Keçmişə nəzər salsaq görərik ki, baş verən hadisələr, hakim dairələrin özbaşınalığı, müharibələrin törətdiyi fəsadları tarixi Azərbaycan kinoları böyük ustalıqla təsvir edib. Bugünkü gündə yaşından asılı olmayaraq hər kəs keçmiş kinoları izləməkdə davam edir. İctimai xarakterli mövzuların gündəmə gətirilməsi, sahə üzrə təhsil almış incəsənət nümayəndələri ilə bu filmlərin hazırlanması keçmiş kinoları izləməyə bizi vadar edir.
Ancaq bugün Azərbaycanın kino sahəsində formalaşmış kadr azdır. Hazırda Azərbaycan kinosunun inkişaf etdirilməsi üçün görüləsi çox iş var. Kino sahəmizə nəzər saldıqda maddi maraqlara əsaslanan filmlər hədsiz çoxdu. Yəni filmlərin çəkilişdə keyfiyyət deyil, maddi maraq ön planda olur.
Kino ictimai dövrü təzahür etməlidir. Bununla yanaşı ciddi maliyyə vəsaiti ayrılmalıdır. Vaxtında kino sahəsi üzrə yetərli maliyyə vəsaiti ayrılsa da, düzgün xərclənmədi. Kino sənətindən anlayışı olmayan şəxsləri rəhbər vəzifələrə gətirdilər. Nəticədə də Azərbaycanda bu sənət zəiflədi. Ən başlıca problemimiz isə bayağı məzmunlar, ssenari problemidir. Kino müəyyən bir dövrü xarakterizə etməlidir. Ancaq əfsuslar olsun ki, kinolarımız demək olar ki iflic vəziyyətindədir. Azərbaycanın yaxşı tarixi keçmişi, ədəbiyyatı var, lakin müasir dövr üçün yaxşı kinosu yoxdur.