Azer2

Azer2 İdman 10-08-2023, 16:36

Heykəlini gördü, “hərəkət etməyəndə qəribə görünür” dedi

Heykəlini gördü, “hərəkət etməyəndə qəribə görünür” dedi
Fransalı mütəxəssis Arsen Venger “Arsenal” stadionunun qarşısındakı heykəlini tərifləyib.

“Arsenal”ın rəsmi saytı xəbər verir ki, Venger Londona səfər edib və iyulun sonunda “Emirates” stadionunun yaxınlığında açılan abidəni görüb.

“Hərəkət etməyəndə bir az qəribə görünür! Amma bu, emosional bir andır. Çünki bu, böyük şərəfdir və ümumiyyətlə, mən həmişə bu klubun bir hissəsi olmaq istəmişəm. Özümü əbədi olaraq bu klubun bir hissəsi kimi hiss edirəm. Buna görə də xoşbəxtəm, çünki olmaq istədiyim yerdəyəm.

Mən həmişə özümdən daha böyük bir şey üzərində işləmək üçün ilham almışam. Hiss edirəm ki, mənim töhfəm bu klubu layiq olduğu şeyə çevirmək idi: dünyanın ən böyük klublarından birinə.

İndi bura gələndə stadionu görürəm. Görürəm ki, əməyimə dəyərdi, çünki bu stadionun mənə əziyyət verdiyini hiss edirəm. Bu stadionun kölgəsində dayandığım üçün xoşbəxtəm, çünki ona görə kifayət qədər yuxusuz gecələrim olub!” – deyə, Venger bildirib.

Venger “topçular”a 1996-cı ilin oktyabrından 2018-ci ilin mayına kimi rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2003/04 mövsümündə bir dəfə də olsun məğlubiyyətlə üzləşməməklə İngiltərə Premyer Liqasının qalibi olub. Həmçinin o, “Arsenal”da olduğu müddətdə 7 dəfə İngiltərə kubokunu və superkubokunu qazanıb.
Heykəlini gördü, “hərəkət etməyəndə qəribə görünür” dedi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 436 428 428 375 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.