Xaliq

Xaliq Hekayələr 4-08-2017, 11:37

Dünən gecə yenə yuxuma gəldin.

Dünən gecə yenə yuxuma gəldin.
Dünən gecə yenə yuxuma gəldin.


Dünən gecə yenə yuxuma gəldin. Yenə səninlə Sevgimizin başladığı yerə getdik bir yerdə. Yenə əllərimizi Allaha tutub bizi ayırmasın deyə yalvardıq. Amma nə fayda, sanki bunun bir yuxu olduğunu bilirdim. Amma yene də sənə yuxuda da olsa qovuşduğum uçun Allaha dua edirdim. Sanki bir gun mənə dönəcəyinə inanaraq yaşayırdım o bir gecəlik yuxuda. əllərini bir daha buraxmayacaq kimi möhkəm tutmuşdum. Gözlərinə baxanda ölülərin belə görə bilməyəcəyi cənnəti görürdüm gözlərində. Heyif çox heyif ki, o bir yuxu idi, ayılmaq istəmədiyim yuxu, Onun bir gerçək olmasını istədim Allahdan. Yenə sənsizəm, yenə tək tənha qaldım bu yuvarlaq dünyada. Bir gun dönəcəyinə ümid edərək yaşayıram. ümid sonda ölür deyirlər. Sən mənə əlvida deyib getdiyin gün ölmüşdü mənim ümidim. Amma sənə olan sevgim hələ də yaşayır və yaşayacaq da. Sevgimiz yazilmamiş bir tarix olaraq qalacaq bu dünyada, bir-birimizə qovuşmasaqda ürəyimiz bir yerdədi, hər zaman da bir yerdə olacaq. Və mən yenə də anlayıram ki, yenə də SənsizəM. Və sənsiz də qalacağam. Sənin yerini heç kim verməz. Bu əllər səndən başqasının əllərini tutmaz. Bu gözler səndən başqasına baxmaz, bu dilim səndən başqasına "Səni Sevirəm" deməz. Sən varkən var olan sevgimiz yaşayacaq sənli dünyada....
Doğurdan necə gedirsən sən? Niyə gedirsən Həyatım? Ulduzlara yazdığın sevgin
nə tez bitdi? Sahillərə yüklədiyin sevgin nə tez tükəndi? Kimdi səni yanına
çağıran? Məndən alan? Bir tapa bilsəm bu sualların cavablarını bəlkə də səni
bu qədər özləmərəm... Çarəsizlik deyilən bir şey varmış həyatda və mən bunu
yeni öyrənirəm...
Sevgilim getməsən bəlkə də ən böyük dastanın qəhrəmanı olacaqdıq ikimiz,
heç bitməyən sevgi ilə səni sevəcəyəm, həmişə sənə baxacam heç yorulmadan,
Həmişə qürurla "Səni Sevirəm" deyəcəyəm heç bezmədən.
Başı yuxarıyam və yaşayıram...
Özləmə, çarəsizliyə, vəfasızlığa və tək başıma getdiyim bu sevgi yolunda yenə
də yaşayıram. Gələcəyə dair ümidimi itirmədim mən hələ...
"Sən aylardır gözlənən, sən illərdir özlənənsən" demək istəyirəm Həyatım.
Daha necə gecələr belə səssiz və sənsiz yaşayacağam...?
Gecə başını göy üzünə çevir və ən parlaq ulduza bax. Sən bilmiyəcəksən ama mən
orada olacam və səni izləyəcəm...
Hələ də ürəyindəyəmsə, hələ də bundan sonra da özləm varsa içində və hələ də
sevgimizi yaşada bilirsənsə içində... Sevgilim, Heyatım, Çicəyim orda durma,
bax əllərim üşüyür, ürəyim həmişə sənin və səni gözləyir...
Harda olursan ol mənimlə qal CANIM!!! Mən bu ürək atdığı sürəcə səninləyəm...
Mən Belə sevdim...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 656 704 645 651 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.