Yazar

Yazar Avto Dünya 5-09-2023, 22:30

Tesla Model 3-ün yenilənmiş versiyasını təqdim edib

Tesla Model 3-ün yenilənmiş versiyasını təqdim edib
"Tesla" şirkəti, "Model 3" elektrikli avtomobilinin yenilənmiş bir versiyasını təqdim etdi. Bu versiyada yeniliklər təkcə gövdə dizaynını deyil, həmçinin salon dizaynını da əhatə edir. Üstəlik yenilənmiş versiya bir dəfə şarj olunduqdan sonra daha çox yol qət edə bilir.Şirkət alıcılara 18 düym və 19 düym ölçülü yeni təkər disklərini də təklif edir.

Yenilənmiş "Model 3"-ün salonunda 15.4 düym ölçülü mərkəzi sensorlu ekran və 17 ədəd səsgücləndirici mövcuddur. Salonda həmçinin iki cihazın şarjı üçün nəzərdə tutulmuş xüsusi panel də mövcuddur. Şirkət salonun arxa hissəsinə 8 düym ölçülü ekran da yerləşdirib. Yenilənmiş Model 3-ün satışları bu ilin sonuna planlaşdırılıb. Mühərrikin yalnız arxa təkərləri idarə etdiyi versiya Avropa bazarında 36 490 avroya, mühərrikin bütün təkərləri idarə etdiyi versiya isə Avropa bazarında 43 490 avroya satılacaq.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
465 421 358 374 402 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.