Avtomobilin durğun halında benzin buxarlanırmı?
Hər bir avtomobil sahibi hər il bütün yanacaq növlərinin qiymətinin necə sürətlə qalxmasına heyrətlənir. Məhsulun keyfiyyəti isə bu halda dəyişməz qalır, bəzi hallarda daha da pis olur. Sirr deyil ki, benzin bütün neft məhsulları içərisində ən tez buxarlanan mayelərdən biridir. Buna təkcə kimyəvi deyil, tərkibin fiziki parametrləri də təsir göstərir.
Avtomobil sahibləri çox tez-tez öz avtomobillərini qeyri-müəyyən müddətə yerindən tərpətməyə və ondan istifadə etməyə bilər. Bəzilərinin sadəcə getməyə bir yerləri yoxdur, digərləri də yaşayış yerinin müvəqqəti tərk edildiyi və ya nəqliyyat vasitəsinin təmir tələb edildiyi qaçılmaz vəziyyətlə qarşılaşır. Hər kəs bilir ki, durğunluq avtomobil üçün heç də faydalı deyil - əyləc disklərinə pas çökür, bəzi rezin elementlər tez çatlaya bilər. Bəs texniki mayelərlə, xüsusilə yanacaqla nə baş verə bilər?
Əslində benzin hermetik tutumlarda minimal nisbətdə buxarlanır. Lakn, avtomobilin benzin çəni hermetiklər siyahısına aid deyil. Onda avtomobil sahiblərində bir sual yaranır – avtomobil durğun olanda hansı həcmdə yanacaq buxarlana bilər? Buxarlanma prosesinin sürətləndiyi isti havada sual xüsusi olaraq aktualdır.
Benzinin buxarlanma tezliyini təcrübədə yoxlamaq olar – bu o qədər də ağır deyil. Bunun üçün qab götürmək olar, plastik bir stəkan da ola bilər və onun içinə yanacaq tökürük. Bir sutka keçdikdən sonra tökdüyümüzün yarısının qalmasından çox təəccüblənə bilərik. Qeyd edək ki, bu eksperiment qapalı məkanda otaq temperaturunda aparılmışdır. Əlbəttə, yanacaq çənində proses belə sürətlə getmir, axı burada hermetikliyi ilə seçilməyən eyni bir tutum var.
Əgər çəndə çox yüksək təzyiq yaranırsa, bu, konstruksiyanın tikişlərdən partlamasına gətirib çıxara blər. Bəzi müasir çənlər qazların təsirindən formasını dəyişə bilər və sahibini əvəzləmə və təmirdən xilas edə bilər, amma ventilyasiya təmin olunarsa lap yaxşıdır. Bu sistemi yalnız mühəndislər hesablaya bilər, bu gün onunla nəqliyyat vasitələrinin hamısı təchiz edilməyib. Yanacaq çəninin doldurma qapağında klapan var, tutumun özü isə qazların adsorberə, sonra ətraf mühitə getdiyi ayrıca kanalla təchiz olunub. Nəticə çıxaraq – maşının durğun halında benzin həqiqətən də buxarlana bilər.
Avtomobili isti havada qızmar günəş altında saxlayanda buxarlanmanın həcmi barədə məsələ daha çox aktualdır. Uzun müddət saxladıqdan sonra yanacaq çəninə toxunmaqla bir eksperiment aparsaq, ondan istiliyin gəldiyini görəcəyik. Ekspertlər əmin edirlər ki, avtomobil sahibləri yanacaq çənindən benzinin buxarlanmasına görə narahat olmasınlar, çünki buxarlanma sahəsi stəkanla aparılan təcrübənin nəticələri ilə müqayisədə o qədər də böyük deyil.
Nəqliyyat vasitəsinin konstruksiyasından asılı olduğu üçün buxarlanmanın dəqiq həcmini demək olmur. Bir qayda olaraq, göstərici ildə bir litri aşmır. Hətta bir ay saxlandıqdan sonra sürücü cihazın oxunun vəziyyətində əhəmiyyətli bir fərq görə bilməz. Əgər hər halda sürətli yanacaq sərfi müşahidə edilirsə və ya yerindən tərpədilmədiyi halda böyük həcmdə buxarlanırsa, bu problemin varlığından xəbər verir.
Yekun. Avtomobil durğun olanda yanacağın buxarlanmasından qaçmaq olmaz, çünki yanacaq çəni hermetik tutum deyil. Lakin, avtomobil sahibləri çox narahat olmasınlar, çünki çox benzin uçmayacaq – orta hesabla ildə 1 litr.