ice berg

ice berg Programlar 9-09-2023, 11:00

"WhatsApp"da çoxdan gözlənilən funksiyadan ŞİKAYƏT

"WhatsApp"da çoxdan gözlənilən funksiyadan ŞİKAYƏT
Yayın sonunda "WhatsApp" çoxlu sayda istifadəçi üçün əlverişsiz görünən video mesajlar təqdim etməyə başlayıb.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, indi tərtibatçılar yeni funksiyanı söndürməyə icazə verəcəklər.

Video mesajların yazılması funksiyası "WhatsApp"da, eləcə də "Telegram"da aktivdir. Yalnız müvafiq düyməni basıb saxlamaq lazımdır. Çoxlarının bu funksiyanın görünməsini gözləməsinə baxmayaraq, istifadəçilər yenilikdən kütləvi şəkildə şikayət etməyə başlayılar, çünki adi səsli mesajlar əvəzinə həmsöhbətlərinə təsadüfən video mesajlar göndəriblər.

Məhz belə halların qarşısını almaq üçün tərtibatçılar gələcək "WhatsApp" yeniləmələrində video mesajların qeydini söndürməyə imkan verəcəklər. "WhatsApp"ın Android və iOS üçün ən son beta versiyalarında artıq messencer parametrlərində müvafiq bölmə peyda olub.

İstifadəçi "dairələrin" qeydini söndürdükdən sonra mikrofon simvolu adi yerinə qayıdacaq. Funksiyanı söndürən istifadəçilər həmsöhbətlərindən alınan video mesajları qəbul etməyə və onlara baxmağa davam edəcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 423 433 510 476 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.