ice berg

ice berg Avto Dünya 11-09-2023, 19:00

Elektromobillərlə bağlı yeni prosedur

Elektromobillərlə bağlı yeni prosedur
Almaniya hökuməti ikinci əl elektromobil bazarına nəzarəti artırır.

Loading.aZ'ın xəbərinə görə, indiyədək ikinci əl avtomobil satışı zamanı avtomobillərin mühərrikləri yoxlanılırdısa, elektromobillə bağlı heç bir məcburi prosedur yox idi. İndi isə bu texnika da təkrar satış zamanı yoxlamauya cəlb ediləcək. Məqsəd alıcıların aldanmamasını təmin etməkdir.

1 il istismardan sonra elektromobillərin batareyalarının tutumu azalır. Bu da onların bazar qiymətinin ciddi şəkildə aşağı enməsinə səbəb olur. Bir çox hallarda isə satıcılar batareyalarla bağlı alıcıya şişirdilmiş rəqəm təqdim edirlər.

Bunun qarşısını almaq üçün dövlət qurumları həm batareya, həm də mühərrikin vəziyyəti barədə ətraflı məlumat verəcək sınaq keçirəcəklər. Əlbəttə ki, bu da havayı deyil. 149 avro ödəmək lazım gələcək. Bu da alıcıya maşınla bağlı tam məlumat əldə etməyə imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 407 406 390 388 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.