KiBirLi_PrenS.

KiBirLi_PrenS. Ana və uşaq 17-09-2023, 11:30

Uşaqlarda inkişafın gecikməsinin səbəbləri nələrdir?

Uşaqlarda inkişafın gecikməsinin səbəbləri nələrdir?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib. Onun sözlərinə görə, uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozlar aiddir.
"Neonatal dövr körpə üçün xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövrün fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə, yenidoğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldilir.
Həmçinin valideynlər özləri nevroloji simptomları müşahidə edə bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun pozğunluğu (uşaq ya süst və ya əksinə çox gərgin vəziyyətdə olur), əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji xəstəliklərin simptomları ola bilər.
Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
• Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
• Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
• Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 450 394 426 378 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.