Fənərbağça Arsenalın forvardı ilə fərdi müqavilənin razılığını əldə etdi.

Arsenalın forvardı Lukas Peres karyerasını Türkiyədə davam etdirə bilər.
28 yaşlı ispan Fənərbağça ilə fərdi müqavilənin bütün detallarını razılaşdırıb. İndi İstanbul təmsilçisi Arsenalla razılığa gəlməlidir.
Futbolçunun agentinin sözlərinə görə Arsenal onun üçün 15 milyon tələb edir. London klubu ilə Peresin daha 3 il müqaviləsi var.
Xatırladım ki, Pereslə Deportivo , Bayer və Marsel də maraqlanır.






