Dəyərli Sözlər

Bir dostu olmalıdır insanın...
Saat neçə olmasına baxmayaraq, qapısını döyə biləcəyi..
"Hardan çıxdın bu saatda" deməyən, gecə vaxtı yatağından durquzduğunda..
Gözünün dilini bilməli; sual vermədən dinləməli, söyləmədən anlamalı..
Varlığını bildirməyən arxa bağdakı ağac kimi vəfalı bir ağac kimi hər zaman köklənməli həyatında; sən daima onun varlığını hiss etməlisən. Ehtiyac duyduğunda gedib gövdəsinə söykənə bilməli, qovuqlarına gizlənə bilməlisən..
Güvənilən qolları daima səni qucaqlamalıdır.
Bir dostu olmalıdır insanın.. [ Can Dündar]
Başqa birisinin sənə gül hədiyyə etməsini gözləmədən, öz şəxsi gül baxçanı yarat. Və öz ruhunu özün bəzət. O zaman görəcəksən ki, dözümlüsən, qüvvətlisən... Və sən çox dəyərlisən..
[V.A.Shoffstoll]
Bu qədər kiçik həyatı, bu qədər kiçik enerji mənbəyini paxıllıq, qəzəb, kədər və nifrətə xərcləməyiniz çox böyük axmaqlıqdır. Onu sevgi üçün, kreativ bir iş üçün, dostluq üçün, meditasiya üçün istifadə edin: sizi yüksəklərə qaldıra biləcək bir şey üçün istifadə edin. Və siz yüksəkliyə qalxdıqca, o qədər də çox enerji mənbələri tapacaqsınız.
[ Oşo]
Mənim həyat fəlsəfəm sadədir: mən hər zaman kimisə sevməli, nəyisə gözləməli və nəsə etməliyəm..
[E. Presli]
Əslində düşünməyə belə ehtiyac yoxdur. Mən özümü bilirəmsə,bəzi özünü bilməzlərin haqqımda söylədiklərinin nə önəmi ola bilər...
[ B.Dylan ]
Neçə həyat yaşayınca yorular insan..?neçə ildən sonra yaşlı...neçə məğlubiyyətdən sonra bezgin...neçə sevdadan sonra ürəksiz...neçə sözdən sonra lal olar insan..?
[Elif Şafak]
Unudar fikirdə, xəyalda təkcə
Unudmaz ürəkdən sevən – sevəni
Mən özüm – özümə unut dedikcə,
Özümü unudub sevirəm səni...
[ B.Vahbzadə]
"Ağlını bəyəndiyin birinin görüntüsü ilə maraqlanma.
Zəkasından istifadə etməyən birin isə görüntüsündən təsirlənmə."
[ Hegel]
Şanslı olan bükülə bilən qəlblərdir.
Qırılmadığı üçün... [Albert Camus]
Sevginin əksi nifrət deyil, etinasızlıqdır. İncəsənətin əksi eybəcərlik deyil, laqeydlikdir. İnamın əksi inamsızlıq deyil inama dəyərsizlikdir və nəhayət həyatın əksi ölüm deyil əhəmiyyətsizlikdir. Etinasızlıq, laqeydlik, dəyərsizlik və əhəmiyyətsizlik bax budur hisslərimizi məhvə aparan.
[Michael Cheval]
Görəsən məndən başqa kiminlə danışır bu qız?" deyirsənmi sən də 5 dəqiqə gec gələn bir mesaja. Gəl otur bir çay dəmlə yalnızlığımıza. Bir də siqaret yandır. Çünki professional bir yalançıdı hər kəs. 'Səndən sonra heç kimi sevə bilmərəm' deyərkən belə, ağlında bir başqası ilə oturarlar adətən o stola. 'Biz heç ayrılmayacağıq inan mənə ' cümləsi bir yalanın xəbərçisidir artıq sənin üçün... 'Nəysə' deyə başlayan bir ovuntu cümləsinə sığınarsan o dəqiqə..Və gözlərin dolar tam o anda.. Çünki kim 'biz heç ayrılmayacağıq' dedisə sənə, kim 'səndən sonra heç kimi sevə bilmərəm' cümləsini qurdusa mütləq bir başqasına getmişdir. Həm də yeriyərək yox,qaça-qaça.Həm də çox qısa bir zamanda. Siz ona görə də, 'səni sevirəm' deyənlərə heç inanmayın. O kəliməni söyləyib 'sizi heç sevməyənlərdən' yazdırmayın mənə...
[ Tunçer Emrah]
Həyatımı daha az duyğulanmağı öyrənməyə sərf etdim. Hər gün daha az duyğulandım. Böyüməkdirmi bu..? Yoxsa daha betər bir şeymi ?
[Jonathan Safran Foer]







