Futbol üzrə dünya çempionatı üç qitədə keçiriləcək
2030-cu ildə futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə olaraq üç qitədə - Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək.
FİFA Şurası İspaniya, Portuqaliya və Mərakeşin turnirə ev sahibliyi etmək üçün yeganə namizəd kimi birgə təklifini təsdiqləyib. Eyni zamanda, Uruqvay, Argentina və Paraqvayda - 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatının 100 illiyi şərəfinə üç oyun keçiriləcək.
Turnirə ev sahibliyi edən bütün altı ölkənin milli futbol komandaları avtomatik olaraq 2030-cu il Dünya Çempionatına vəsiqə qazanacaq.