ice berg

ice berg Ana və uşaq 15-10-2023, 14:00

Musiqi öyrənmək uşaqları daha ağıllı etmir

Musiqi öyrənmək uşaqları daha ağıllı etmir
Oxumaq və musiqi alətlərində ifa etmək bacarığı yaddaşı yaxşılaşdırmır.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara musiqi öyrətməyin onların idrak qabiliyyətlərinə müsbət təsir etdiyi, yaddaşı yaxşılaşdırdığı, riyaziyyat və digər məktəb fənlərini öyrənməsinə kömək etdiyi düşünülür.

Lakin araşdırmalar belə bir əlaqənin mövcudluğunu təkzib edir. Alimlər ümumilikdə yeddi minə yaxın uşağın iştirak etdiyi 54 tədqiqatın nəticələrinin meta-analizini aparıblar. Bütün bu tədqiqatlar 1986-2019-cu illər arasında edilib. Məlum olub ki, oxumağı və ya musiqi alətlərində ifa etməyi öyrənmək bu qabiliyyətlərin növündən, tədqiqat iştirakçılarının yaşından və təhsil müddətindən asılı olmayaraq, uşaqların akademik fəaliyyətinə və intellektual qabiliyyətlərinə heç bir təsir göstərmir.

“Araşdırmamız göstərir ki, “musiqi uşaqları daha ağıllı edir” kimi məşhur inam əsassızdır. Bu o deməkdir ki, uşaqlara yalnız onların intellektual qabiliyyətlərini və ya məktəb qiymətlərini yüksəltmək məqsədi ilə musiqi öyrətmək tamamilə mənasızdır. Lakin musiqi öyrənmək uşaqlar üçün sosial bacarıqlarını və özünə hörmətini artırmaq baxımından faydalı ola bilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 395 423 353 407 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.