Nəfəs

Nəfəs Aforizm 7-12-2023, 23:00

Mənəviyyat

Mənəviyyat
Başqalarından yox, daha çox özündən utanmağı öyrən. (Demokrit)
Başqalarının qüsurlarını görən ağıllı adam özününkülərdən qurtulur. (Publiliy Sir)
Bataqlıqda adam çapaladıqca daha tez batar. (El hikməti)
Bəd əməllərin kökü bəd fikirlərdir. (Lev Tolstoy)
Biliksizlikdən utancaqlıq yaranır, çoxbilmişlikdən – utanmazlıq. (Əbu Turxan)
Birisi bəslərdi qurd balasını
Böyücək məhv etdi öz ağasını. (Sədi Şirazi)
Bitməyən bir kitab ol! (Əbu Turxan)
Biz bəzən istedadsızları yazıqlaya-yazıqlaya yüksək mərtəbəyə qaldırmaqla, istedadlılara qənim hazırlamış oluruq. (Əbu Turxan)
Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq. (Deni Didro)
Bizim geyə biləcəyimiz
ən yaxşı maska öz üzümüzdür. (Fridrix Nitsşe)
Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. (Əbu Turxan)
Bu gün qürurlana biləcəyi heç nəyi olmayanlar dünənki xidmətləri ilə lovğalanmağa başlayırlar. (Mark Tulli Siseron)
Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa. (Əbu Turxan)
Bütün yollar qaranlıqdan işığa doğrudur. (Əbu Turxan)
Çirkoy paltarda çirk bilinməz. (Əbu Turxan)
Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. (Vovenarq)
Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. (Tur Xander)
Dəmiri aynatək parladan insan
Pası silməlidir öz vicdanından. (Nizami Gəncəvi)
Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər. (Georq Vilhelm Fridrix Hegel)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 469 387 440 409 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.