ice berg

ice berg Programlar 15-12-2023, 11:00

“Google” köhnə hesabları silməyə başladı

“Google” köhnə hesabları silməyə başladı
Google istifadəçilərə tezliklə onların hesablarını silə biləcəyi barədə xəbərdarlıq etməyə başlayıb .

Loading.aZ xəbər verir ki, hesabla yanaşı, “Google Disk”, “YouTube” və “Google Foto”lar da daxil olmaqla bütün şirkət xidmətlərindəki məlumatlar silinəcək.

Qeyd edək ki, bu tənzimləmə artıq 2 həftədir ki, başlayıb. İki il və ya daha çox müddət ərzində heç bir fəaliyyəti olmayan köhnə hesabların bir çoxu artıq silinib.

Problem ondadır ki, “Google” sizin “Gmail” gələnlər qutunuza e-poçt göndərir. İstifadəçi həqiqətən köhnə hesabından istifadə etmirsə, o, onu görməyəcək. Bununla da həmin hesab tarix olacaq.

“Google”un köhnə hesabınızı silməsinin qarşısını almaq üçün nə edə bilərsiniz?

Əgər sizdə saxlamaq istədiyiniz köhnə “Google” hesabınız varsa, ondan tez-tez istifadə etməsəniz də, sadəcə olaraq smartfon və ya kompüterinizdə hesabınıza daxil olub istənilən hərəkəti yerinə yetirməlisiniz. Məsələn, YouTube-da videonu “bəyənmək” kifayətdir.

Bundan sonra “Google” ən azı iki il ərzində tərk edilmiş hesabınıza toxunmayacaq. Nəzərə alın ki, dəyişikliklər yalnız adi pulsuz “Google” hesablarına təsir edəcək. Qeyri-aktiv korporativ və ya təhsil hesabları təsirlənməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 403 348 341 340 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.