ice berg

ice berg Avto Dünya 24-12-2023, 19:00

Avro-7 standartı: Tormozla bağlı tələb

Avro-7 standartı: Tormozla bağlı tələb
2027-ci ildə qüvvəyə minəcək Avro-7 standartı əvvəlkindən təkcə normaların sərtliyi ilə fərqlənmir.

Loading.aZ xəbər verir ki, təkər və tormozla bağlı tələblər də daxil edilib.
Təkərlə bağlı tələblər hələ dəqiqləşməyib.
Tormozla bağlı norma isə aydındır və Avropa Komissiyasının saytında əks olunub: “Tormoz hissəciklərinin (tormozlama zamanı ayrılan xırda hissələr, toz – red.) maksimal həcmi elektromobillər üçün hər kilometrə 3 milliqram, daxili yanma mühərrikli və hibrid avtomovillər üçün hər kilometrə 7 milliqram, aztonajlı avtomobillər üçün hər kilometrə 311 milliqram müəyyən edilib”.

Detallara varmadan deyə bilərik ki, 2023-cü ildə istehsal olunmuş avtomobillərdən bu normada müəyyən ediləndən azı 3 dəfə çox tormoz hissəciyi yaranır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 405 433 368 402 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.