ice berg

ice berg Avto Dünya 30-12-2023, 14:00

Çin qlobal avtomobil bazarında rekord nəticəyə imza atıb

Çin qlobal avtomobil bazarında rekord nəticəyə imza atıb
Qlobal avtomobil bazarı noyabrda 14,3% genişlənib. Ötən ay dünyada 8 milyon 031 min minik və yüngül ticari avtomobillər satılıb.

"LMC Automotive" konsaltinq şirkətinin məlumatına görə, 2023-cü ilin 11 ayının nəticələrinə əsasən, dünyada avtomobil satışı 81 milyon 666 min ədəd (+11%) təşkil edib.

Noyabrda 2 milyon 935 min avtomobilin (+25,5%) satıldığı Çin rekord göstərici ilə avtomobil satışında dünya lideri olaraq qalıb. ABŞ-də 1 milyon 227 min avtomobil satılıb ki, bu da bir il əvvəlkindən 8,9% çoxdur.

Noyabrda Qərbi Avropanın avtomobil bazarlarındakı satış həcmi 1 milyon 105 min avtomobil (+5,5%) təşkil edib.

Şərqi Avropada isə avtomobil satışı 37,6% artaraq 359,1 min ədədə çatıb.
Cənubi Amerikada yerli dilerlər 235,4 min avtomobil satıblar ki, bu da ötən illə müqayisədə 5,3% çoxdur.

Həmçinin, dünyanın ən böyük avtomobil bazarları arasında Yaponiyanı (408,1 min ədəd, +8,6%), Cənubi Koreyanı (157,6 min ədəd, +2,7%) və Kanadanı (137,7 min ədəd, +11,8%) qeyd etmək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 363 293 396 375 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.