ice berg

ice berg Avto Dünya 12-02-2024, 10:00

Yaponiyada ilk pulsuz avtonom taksi istifadəyə veriləcək

Yaponiyada ilk pulsuz avtonom taksi istifadəyə veriləcək
Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" 2024-cü ilin yayından başlayaraq Dayba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.

Bu barədə "loading.aZ" "Yomiuri" qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, bu cür taksilərin fəaliyyəti Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Tokio körfəzinin sahilində yerləşən Dayba Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır.

Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.

Avtomobil Dayba küçələrində avtonom şəkildə hərəkət etsə də, nəzarət və təhlükəsizlik üçün nəqliyyat vasitəsində sürücü olacaq.

2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənməsi, həmçinin pullu olması planlaşdırılır.

Bundan əlavə, gələcəkdə bu texnologiya Yaponiyada taksi sənayesində kadr çatışmazlığı ilə davam edən problemi həll edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 364 314 300 344 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.