ice berg

ice berg Avto Dünya 20-02-2024, 10:00

“Tesla” 2,2 milyon avtomobilini geri çağırıb

“Tesla” 2,2 milyon avtomobilini geri çağırıb
ABŞ-nin “Tesla” şirkəti proqram təminatının yenilənməsi məqsədilə təxminən 2,2 milyon avtomobilini geri çağırıb.

Loading.aZ xəbər verir ki, bu barədə ABŞ Yollarında Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Administrasiyasının saytında bildirilir.

Məlumata əsasən, 2.193.869 avtomobilin qüsur səbəbindən geri çağırılacağı diqqətə çatdırılır. “Associated Press” agentliyi xəbər verir ki, indikatorlardakı siqnal işıqları tələb olunduğundan kiçik ölçüyə malikdir. Bu isə texniki təhlükəsizlik üzrə mühüm informasiyanın oxunmasına çətinlik yarada, bununla da qəza riskini artıra bilər.

“Tesla” 2023-cü ilin dekabrında avtoidarəetmə sistemində problemlərin aradan qaldırılması üçün 2 milyon avtomobili geri çağırmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 372 345 342 349 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.