ice berg

ice berg İdman 10-03-2024, 14:00

“Barselona” “Bavariya”nın hücumçusunu alır

“Barselona” “Bavariya”nın hücumçusunu alır
“Barselona” “Bavariya”nın hücumçusu Erik Çoupo-Motinqi transfer etməkdə maraqlıdır.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubu “Bavariya” ilə müqaviləsi başa çatan 34 yaşlı futbolçunu azad agent kimi almaq istəyir. O da qeyd edilir ki, “Barselona” futbolçuya yeganə iddialı deyil. Çoupo-Motinqlə Premyer Liqa, A Seriya və Səudiyyə Ərəbistanı komandaları maraqlanır.

Çoupo-Motinq 2020-ci ilin oktyabrında azad agent kimi PSJ-dən “Bavariya”ya keçib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt hücumçunu 3 milyon avro qiymətləndirir.

Bu mövsüm kamerunlu 27 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

28 turdan sonra “Barselona” La Liqada 61 xalla ikinci pillədə qərarlaşıb. Çempionata “Real” başçılıq edir (66 xal).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 327 282 304 319 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.