Ən bahalı hədiyyə

Ən bahalı hədiyyə



Ilk dəfə idi ki yolu bir incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ilə yığdığı pula həmin tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər baxdıqdan sonra rəsmi çəkən rəssamı tapdı.

–bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm. Amma olan pulum budur.

Rəssam bir az düşündükdən sonra rəsmi bükərək oğlana verdi. Bu vaxt salonda rəssamın dostları da var idi. Dostlarından biri təəccüblə " sən nə etdin? O rəsmin qiyməti milyonlar edərdi"– dedi. Rəssam cavab verdi " haqlısan bəlkə də, mən bu rəsmə milyonlar verə biləcək yüzlərlə adam tapa bilərdim. Amma bütün var-dövlətini verə biləcək bir nəfər belə tapa bilməzdim.


NoT:– Bu yazını oxuduqdan sonra düşünün. Bəzən kiçik gördüyümüz şeylərin belə əslində nə qədər qiymətli olduğunu unutmayın!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 556 563 596 552 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.