Memmedova

Memmedova Sevgi 27-04-2024, 10:00

Düşün ki bir gün olmayacam..🥀

Düşün ki bir gün olmayacam..🥀
Düşün ki bir gün olmayacam.Ətrimi,səsimi, baxışımı,gülüşümü unudacaqsan. Bir gün boş oturacaqların birində tək oturanda düşəcəm yadına.Yaxınlıqda, hansısa bir kafedən,dinlədiyimiz bir mahnı eşidəcəksən. Gözlərin dolmayacaq bəlkə,amma canın yanacaq. Boğazın düyümlənəcək. O qədər darıxacaqsan ki, gözündən bir damla yaş belə düşməyəcək. Qəhərin ən kəskin bıçağı dirənəcək boğazına. Bir ev görəcəksən,sənə danışdığım ev kimi. Dəqiqələrcə donub qalacaqsan yerində. Külək əsəcək saçlarına,elə biləcəksən mənəm,əllərimdi sığal çəkən. Gözün məni axtaracaq. Olmuyacam mən baxdığın heç bir yerdə. Hər səhər telefon zənginə oyanıb,mən sanacaqsan. Yemək yeyəndə, çay içəndə, yanından biri keçəndə düşəcəm yadına. Payız gələcək, qış ötəcək,yaz keçəcək,yay olacaq, fəsillər gətirməyəcək məni sənə. Birinin səsini,birinin yerişini,birinin ətrini bənzədəcəksən. Heçnə əvvəlki kimi hüzur verməyəcək sənə. Əlbət tutacaqlar yerimi,əllərin tutulacaq,gözlərin seviləcək, heç sevilməyəsi kimi deyilsən çünki, bəlkə də gözəl baxacaq sənə ama heç kim mən olmayacaq..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 464 441 373 340 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.