ice berg

ice berg Programlar 14-05-2024, 21:40

“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq

“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

Loading.aZ xəbər verir ki, bunu şirkət özü bildirib. Belə ki, “Microsoft” “Windows 10”da 21H2 versiyası üçün dəstəyini 30 gündən az müddətdə başa çatacağını deyib.

Məlumata görə, son təhlükəsizlik yeniləməsi 11 iyun 2024-cü ildə buraxılacaq. Bundan sonra “22H2” “Windows 10”un dəstək alacaq yeganə istehlakçı və korporativ versiyası olacaq.

“Microsoft” bildirib ki, dəstəyin sona çatması o deməkdir ki, əməliyyat sistemi daha təhlükəsizlik yeniləmələrini və səhvləri aradan qaldırmayacaq.

Qeyd etmək lazımdır ki, milyonlarla kompüter “Windows 10”nun 21H2 versiyası ilə işləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 326 324 270 303 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.