Dünyasan!
Sinəmdə çox qalıb, sənin dağların,
Alıb gəncliyimi fırıldağların,
Anladın fanidir oyuncağların,
Başımı boş şeyə qatan dünyasan!
Sən səni sevəni atan Dünyasan!
Mən sənin nəyünçün ağlıyım axı,
Boş yerə sinəmi dağlıyım axı,
Mən sənə necə bel bağlıyım axı,
Yusifi qul kimi satan Dünyasan!
Alıb gəncliyimi fırıldağların,
Anladın fanidir oyuncağların,
Başımı boş şeyə qatan dünyasan!
Sən səni sevəni atan Dünyasan!
Mən sənin nəyünçün ağlıyım axı,
Boş yerə sinəmi dağlıyım axı,
Mən sənə necə bel bağlıyım axı,
Yusifi qul kimi satan Dünyasan!






