ÊLfidÂ

ÊLfid Xəbərlər 13-08-2017, 16:08

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb




Qax. 12 avqust. / Qax Yol Polisi Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində rayonda reyd keçirib.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.
Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb, normalara cavab verməyən avtomobillərin sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib, sürücülərə cərimə protokolu yazılıb.
Yol polisi əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.
İki saatdan artıq davam edən reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Normadan artıq dəm qazı ixrac edən 22 avtomobilin sürücüsünə inzibati protokol yazılıb.
Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
491 541 539 471 517 478

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.