Qərarsızlıq..
Bir gün professor əlində bir siçan və qutu ilə auditoriyaya daxil olur. Siçanı qutunun içinə qoyur və qutunu bağlayır. Tələbələrə də tapşırır ki, "bu qutuya iki gün heç kim toxunmasın!”. Hamını maraq bürüyür ki, görəsən nə məsələdir, nə baş verəcək. 2 gün sonra eyni auditoriyada həmin professor qutunu tələbələrin qarşısında açır. Siçan ölüb. O, tələbələrdən bunun səbəbini soruşur.
Cavablar müxtəlif olur: - Havasızlıqdan, aclıqdan, susuzluqdan və s.
Sonra professor qutunu havaya qaldırıb içini tələbələrə göstərir. Qutunun hər tərəfi gəmirilmiş vəziyyətdə idi.
- Görürsünüz? Siçan burdan çıxmaq üçün çox mübarizə aparmış. Bunu qutunun içindəki vəziyyətdən anlıyırıq. O, mübarizə aparmış amma çıxa bilməmişdir. Siçanı aclıq, havasızlıq, susuzluq deyil, qərarsızlıq öldürüb. O, qutunun hər yerini parçalamaqdansa sadəcə bir küncünü parçalasaydı, burdan çıxa bilərdi. O, gücünü müxtəlif tərəflərə yönəldib, qərar verə bilməyib və qərarsızlıqdan ölüb. İnsan həyatı da belədir. Tez-tez qərarsızlıqla qarşılaşarıq. Nə edəcəyimizi bilmirik, nəticədə vaxt itiririk. Hədəflərimizi dəqiq seçək, Həm vaxt udarıq, həm də qəti addım atmış olarıq. Qərarsızlıq ən pis qərardan da betərdir.






