ice berg

ice berg Programlar 28-06-2024, 18:00

“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı

“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, “WhatsApp”ın iPhone üçün yeni beta versiyasında istifadəçi tətbiqi bağladığı halda “messencer” artıq faylları yükləməyi dayandırmır.

“iOS” məhdudiyyətlərinə görə, əvvəllər söhbətə media göndərərkən siz yükləmə tamamlanana qədər proqramı açıq saxlamalı idiniz, əks halda yükləmə dayandırılacaq və istifadəçilər faylı yenidən göndərməli olacaqdılar. “WhatsApp” tərtibatçıları yeni funksiya əlavə etməklə bu problemi həll ediblər.

İndi istifadəçi faylı ötürərkən proqramı bağlasa belə, növbəti dəfə “messencer” işə salındıqda “WhatsApp” bildiriş göndərəcək və yükləməyə davam etməyi təklif edəcək. Bu funksiya hazırda sınaq mərhələsindədir və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

"WhatsApp" həmçinin qrup söhbətlərini gizlətmək və onlayn fayl köçürmələri də daxil olmaqla bir sıra digər yeniliklər üzərində işləyir. Bu yaxınlarda mesajların təşkili üçün söhbət filtrlərini və qrup çatları üçün tədbir cədvəlini təqdim edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 369 265 280 279 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.