ice berg

ice berg Programlar 9-07-2024, 15:00

“WhatsApp”da çat-botu redaktə etmək olacaq

“WhatsApp”da çat-botu redaktə etmək olacaq
“WhatsApp”ın 2.24.14.20 nömrəli beta versiyasında yeni funksiya ortaya çıxıb.

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, ortaya çıxmış yeni funksiya istifadəçilərə Meta AI adlı çat-bot ilə fotoları bölüşmək imkanını verir.

Süni zəka əsaslı bu çat-bot öz növbəsində istifadəçi tərəfindən təqdim edilmiş fotonu analiz edəcək və istifadəçiyə onun tərkibi barəsində konteksti və ya məlumatı təqdim edəcək. İstifadəçi hətta Meta AI vasitəsilə fotonu redaktə də edə bilər. İstifadəçilər Meta AI-ya öz fotoları barəsində suallar verə və çat-botdan fotodakı obyektləri, yerləri təyin etməyi istəyə biləcəklər. Met AI öz növbəsində istifadəçilərə fotoların redaktə edilməsi imkanını təklif edəcək. Məlumata əsasən bu yeni funksiya hələ hazırlanma mərhələsindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 373 290 314 323 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.