HASANLY

HASANLY İdman 10-07-2024, 12:31

AVRO-2024: Finala yüksələn növbəti komanda hansı olacaq?

AVRO-2024: Finala yüksələn növbəti komanda hansı olacaq?
Bu gün AVRO-2024-ün yarımfinal mərhələsində sonuncu oyun keçiriləcək.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda Niderland millisi İngiltərə seçməsi ilə üz-üzə gələcək.

İsveçrə və Slovakiyanı yolundan kənarlaşdıran İngiltərə seçməsi bu dəfə Niderland millisini də məğlub edərək finala adlamaq niyyətindədir. Amma "narıncılar" da Almaniyaya turist qismində gəlməyiblər. İngiltərə ilə nisbətdə daha rahat rəqibləri məğlub edən Niderland seçməsi çətin rəqiblə görüşdə bütün fürsətlərdən lazımınca yararlanaraq azarkeşlərini sevindirmək niyyətindədir.

Rəqiblər indiyədək ümumilikdə 14 dəfə qarşılaşıblar. Bu görüşlərdən altısında Niderland, ikisində isə İngiltərə millisi qalib gəlib.

Komandaların heyətində zədəlilər və itkilər olmadığından baş məşqçilərin işi daha rahat olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü almaniyalı hakimlər briqadasından Feliks Zvayer idarə edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
289 319 296 226 252 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.