ice berg

ice berg Programlar 14-07-2024, 11:21

“WhatsApp” “Google”un canlı tərcümə funksiyasını özünə əlavə edir

“WhatsApp” “Google”un canlı tərcümə funksiyasını özünə əlavə edir
Məşhur "WhatsApp" mesencerində bütün söhbət mesajlarını başqa dilə tərcümə etmək imkanı olacaq.

Loading.aZ lenta.ru-ya istinadən xəbər verir ki, indi istifadəçilər üçün pulsuz olacaq yeni funksiya inkişaf mərhələsindədir.

Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb. Materialın müəllifləri qeyd edirlər ki, çatların tam tərcüməsi ayrı-ayrı mesajların tərcüməsinin məntiqi davamı olacaq.

"Görünür, "WhatsApp" özünün daxili mesaj tərcüməçi texnologiyasını inkişaf etdirir. Bu yanaşma hələ də başdan-ayağa şifrələməni saxlayır, çünki mesencer cihazda mesajları emal edəcək. Buna görə də "WhatsApp" tərcümə üçün bəzi dil paketlərini endirməli olacaq", - deyə məlumatda bildirilir.

Əvvəlcə yalnız altı dilin - rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 281 238 280 282 250

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.