ice berg

ice berg Avto Dünya 26-07-2024, 13:00

Porşe 2030-cu il üçün elektrikli avtomobil hədəfini ləğv etdi

Porşe 2030-cu il üçün elektrikli avtomobil hədəfini ləğv etdi

2030-cu ildə satışlarının 80 %-nin elektrikli avtomobillər olacağını deyən Porşe, bu hədəfindən vaz keçdiyini açıqlayıb.

Loading.aZ xəbər verir ki, son zamanlar elektromobillərə tələbat azalmağa başlayıb və bir çox marka gələcək planlarını ləğv etməyə başlayıb.

Alman avtomobil nəhəngi olan Porşe, 2030-cu ilə qədər 80 faiz elektrikli avtomobil satmaq hədəfini dayandırdığını açıqlayıb.

Bunun ən mühüm səbəbi isə elektromobil satışlarının getdikcə azalmasıdır.

Ford və Mercedes-Benz kimi markalar da elektrikli avtomobillərlə bağlı satış hədəflərindən əl çəkdiklərini açıqlayıblar.

Porşe son zamanlar elektrikli avtomobil satışlarından məmnun deyil. Şirkətin elektrikli avtomobil satışları ilin ilk yarısında 51 % azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 266 248 252 220 224

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.