ice berg

ice berg İdman 8-08-2024, 07:30

"Qalatasaray"ın iki oyunçusuna 22 milyonluq TƏKLİF

"Qalatasaray"ın iki oyunçusuna 22 milyonluq TƏKLİF
Moskvanın "Spartak" klubu "Qalatasaray"a iki futbolçu üçün rəsmi təklif edib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, “qırmızı-ağlar” Kərəm Aktürkoğlu və Derrik Kyona görə 22 milyon avro ödəməyə hazırdır.

Aktürkoğlunun "Qalatasaray"la 2026-cı ilin iyununa qədər hazırkı iş müqaviləsi var. Transfermarkt internet portalı türk futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Kyon 2024-cü ilin fevralından "Qalatasaray"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 15 matçda iştirak edib, bir qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 314 270 230 261 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.