n2006

n2006 Avto Dünya 9-08-2024, 11:13

ABŞ bu Çin avtomobillərini qadağan edir

ABŞ bu Çin avtomobillərini qadağan edir
Bayden administrasiyası 3-cü səviyyəli avtonom (avtopilot) avtomobilləri və onlarda olan Çin proqram təminatını qadağan edən qanun layihəsi təqdim etməyi planlaşdırır.

LoaDinG.Az xəbər verir ki, bu qanun layihəsi Çin şirkətləri tərəfindən istehsal edilən avtonom avtomobillərin təkcə satışını deyil, həm də ABŞ yollarında sınaqdan keçirilməsini qadağan edəcək.

Qanun layihəsinə əsasən, avtomobil istehsalçıları və idxalçıları nəqliyyat vasitələrinin və avtopilot proqramlarının Çin kimi xarici mənbələr tərəfindən hazırlanmadığını yoxlamalı olacaqlar.

Məlumatda bildirilir ki, nazirlik bu cür avtomobillərdə olan texnologiyalarla bağlı milli təhlükəsizlik risklərindən narahatdır.

Narahatlığın əsasənda Çin şirkətlərinin ABŞ sərhədləri daxilində avtonom avtomobilləri sınaqdan keçirərkən həssas məlumatların toplanması və emal edilməsi durur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 291 251 228 221 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.