“Apple Music” Türkiyədə açıldı
“Apple Music” xidməti bir sıra ölkələrdən sonra Türkiyədə də fəaliyyətə başlayıb.
Xidmət fevralın 4-də saat 21.00-dan etibarən Türkiyə ərazisində açılıb. Gecikmənin səbəbi müəllif hüquqları ilə bağlı problemlərdən qaynaqlanıb.
Fərdlər üçün aylıq abunə haqqı 9,99 lirə, ailə abunəçiliyi isə 14,99 lirədir. Ailə abunəçiliyi evdəki 6 cihazın xidmətdən faydalanmasına imkan verir.
“Apple Music”də Sezen Aksu, Sıla, Handə Yenər, Soner Sarıkabadayı, Orxan Gəncəbay, Xəlil Sezai, Əhməd Kaya, Hüsnü Şənləndirici, Koray Avcı, Ayşə Xatun Önal, Edis, Güliz Ayla, Cəza, Buray, Rəsul Dindar, Cem Adrian, Mehmet Ərdəm, Fəttah Can, Onur Gecə, Dilək Türkan, Oğuzxan Koç kimi türkiyəli sənətçilərin mahnılarını dinləmək mümkün olacaq.