Xaliq

Xaliq Məşhurlar 19-08-2017, 17:12

"Evlənmək xəbərinə görə məni çoxları qınadı..." - Xərçəngdən ölən rejissorun xanımından AÇIQLAMA

"Evlənmək xəbərinə görə məni çoxları qınadı..." - Xərçəngdən ölən rejissorun xanımından AÇIQLAMA


Tanınmış mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadənin övladını qəbul edən şəxslə ailə həyatı qura biləcəyi ilə bağlı söylədiyi fikirlər sosial mediada birmənalı qarşılanmayıb.

Bu barədə anlaşılmamazlığa aydınlıq gətirmək istəyən Səbinə Zəkizadə yenidən LOADİNG.AZ-la əlaqə saxlayıb. O bu fikirlərin yalnış anlaşıldığını, əslində isə hər şeyin qismətə bağlı olduğunu bildirib:

"Mən hər şeyin qismətə bağlı olduğunu, gələcəkdə belə bir şeylərin mümkün ola biləcəyi barədə fikirlərimi bildirmişdim. Lakin bu məsələ mənim, Şahinin qohumları arasında birmənalı qarşılanmadı və yalnış anlaşıldı. İstərdim ki, fikirlərimdə bəzi məqamlara aydınlıq gətirim. Mənim mərhum həyat yoldaşımın heç ili tamam olmayıb. Mən evliliyə hazırlaşmıram. Azyaşlı körpəmi böyütməyi düşünürəm. Hər şey qismətə bağlıdır, 5-6 ildən sonra belə şeylər ola bilər, amma inanmıram. Qismətdə olsa belə mən istəməsəm olmaz. Əgər ailə həyatı qursam belə ən birinci övladımı düşünərəm".

Rövşən Əsədov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
591 610 671 590 517 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.