n2006

n2006 Hekayələr 3-09-2024, 14:00

Qeybət qırmaq niyə günahdır? Şər atmaq və pisləmək haqqında bir məsəl

Qeybət qırmaq niyə günahdır? Şər atmaq və pisləmək haqqında bir məsəl
Qeybət haram və günahdır. Müasir cəmiyətdə belə o – hüquqi cəzaya çevrilə bilər. Çünki bir insanın adını cəmiyyətdə pozandan sonra, o hərəkətin nəticəsini yox etmək və əvvəlki xoş adı geri qaytarmaq çox çətin olur. Zərər çəkən insan da iş adamı olanda, bu maddi tərəfdən şox ziyan olur ona.

İki dost dalaşdı. Və biri tanıdığı hər kəsə dostu haqqında pis sözlər deməyə başladı.

Amma sonra sakitləşdi və səhv etdiyini başa düşdü. Dostunun yanına gəldi və ondan bağışlanma diləməyə başladı.

Sonra ikinci dost dedi:

– Yaxşı! Mən səni bağışlayacam. Yalnız bir şərtlə.

– Hansı?

– Bir yastıq götür, cır və bütün tükləri küləyə burax.

İlk dost bunu etdi. Yastığı cırdı. Külək lələkləri ətrafa yaydı və bəzilərini uzaqlara apardı.

Razı dost onun yanına gəldi və dedi:

– Tapşırığını tamamladım. Mən bağışlandım?

– Bəli, amma bütün lələkləri yenidən yastığa yığsan…

Qeybət və şər atmaq – insanın həyatını məhv ed bilər
Özünüz başa düşürsünüz ki, bütün tükləri geri toplamaq mümkün deyil. Eynilə, artıq bütün dünyaya yayılmış bir insan haqqında pis sözlər geri alına bilməz. Ona görə çalışın kiminsə haqqında pis xəbər yaymayın. Dediyinizdən əmin olsanız da. Sadəcə başqa insanın həyatına çox pis təsir və sizə də günah olar.

Həmdə etik bir hərəkət deyil. Ona görə də, pis xəbəri yayan insan belə özü gözdən düşəcək.

Və əsəbi halda çalışın nəysə etməkdən öncə sakitləşin. Bu çox vacibdir

Dostlar dalaşırda, barışırda. Bağışlamağı bacarın 😉

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 346 266 260 259 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.