n2006

n2006 Aforizm 9-09-2024, 10:00

Bütün dünya vaz keç deyəndə

Bütün dünya vaz keç deyəndə
- Həyat heyrətamiz bir şeydir. Udmaq üçün bütün kartlar sənin əlində olanda, o, səninlə şahmat oynamağa başlayır...
Jan Reno

- Bütün dünya vaz keç deyəndə, ümid qulağına pıçıldayır: “Bir də yoxla”.

- Qorxu - bədbəxtlik gözlənişidir. Qorxuya aiddir: dəhşət, cəsarətsizlik, utancaqlıq, sarsıntı, hürkü. Dəhşət - adamın əzalarını qurudan qorxudur. Utancaqlıq - rüsvay olmaq qorxusudur. Cəsarətsizlik - əməli, hərəkəti həyata keçirmək qorxusudur. Sarsıntı - vərdiş etmədiyin təsəvvürdən yaranan qorxudur. Hürkü - dilin tutulduğu qorxudur. Əzablar - məchulluq qarşısındakı qorxudur.

- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Şeyx Ədabali

- Həyat güldür, sevgi onun şərbəti

Viktor Hüqo



Cənnətdə iki mələk vardı. Onlardan biri daim dincəlirdi, o birisi yerlə göy arasında uçurdu. Dincələn mələk o birisindən soruşdu:

- Sən nə üçün yerlə göy arasında qalmısan? Elə hey ora-bura uçursan?

- Mən "Allahım,yardım et" sözləri ilə başlanan namələri Allaha çatdırıram. Bəs sən niyə həmişə dincəlirsən?

- Mən "Allahım, sənə təşəkkür edirəm" sözləri ilə başlanan namələri çatdırmalıyam...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 332 249 299 293 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.