n2006

n2006 Aforizm 9-09-2024, 06:00

Heydər Əliyev Sözləri və kəlamları

Heydər Əliyev Sözləri və kəlamları
İnsan mənəviyyat üçün yaşamalıdır.



Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.



Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.



Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.



Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.



Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Tənqid həmişə işə kömək edir.



Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.



Öz ana dilini bilməyənlər şikəst adamlardır!



Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.



Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.



Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.



Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.



Xalq gərək daim öz kökünü xatırlasın.



Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.



Ağıl olan yerdə zora ehtiyac yoxdur.



Heç kim əbədi qalib ola bilməz.



Tarix həmişə hər şeyi öz yerinə qoyur.


Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.



Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.



Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.



Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.



Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.



Rüşvət bizi içimizdən yeyir.



Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
554 568 436 374 393 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.