cabir

cabir Xəbərlər 20-09-2024, 12:03

"Rəsmi Bakı irəli sürdüyü tələblər yerinə yetirilməyənə qədər sülh müqaviləsini imzalamayacaq" - Politoloq

"Rəsmi Bakı irəli sürdüyü tələblər yerinə yetirilməyənə qədər sülh müqaviləsini imzalamayacaq" - Politoloq
Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan Dialogue" beynəlxalq forumundakı çıxışı zamanı bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Paşinyan sülh müqaviləsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Mövzu ilə bağlı Sun.Az -a danışan politoloq Elşən Manafov bildirib ki, Münaqişə tərəfləri arasında sülh müqaviləsinin demarkasiya və delimitasiya problemlərinin həllindən əvvəl imzalanması ehtimalı tərəflər arasında yekun sülh müqaviləsinin yaxın perspektivdə imzalana biləcəyini düşünməyə əsas verir. Rəsmi Bakının məlum tələbi var,o da Ermənistan konstitusiyasında Azərbaycanla bağlı ərazi iddialarının götürülməsini ehtiva edir.Rəsmi İrəvan bu məsələnin referenduma çıxarılacağını etiraf etsə də,problemin öz daxili işi olduğunu bildirir:

"Ermənistanın xarici işlər naziri Mirzoyan Azərbaycanla imzalanacaq sülh muqaviləsinin mətnində 16 maddədən 13 ətrafında tərəflərin razılıq əldə etdiyini,3 maddə ətrafında isə qismən razılıqların olduğunu bildirib.
Bəlli 3 maddənin məzmunu və ya mətni ilə bağlı ictimaiyyətdə hər hansı bir dəqiq məlumat yoxdur,bununla belə tərəflərin bəlli 3 maddə ətrafında razılığa gəlməsi danışıqların konstruktiv ruhundan xəbər verir.Münaqişə tərəfləri arasında sülh müqaviləsinin demarkasiya və delimitasiya problemlərinin həllindən əvvəl imzalanması ehtimalı tərəflər arasında yekun sülh müqaviləsinin yaxın perspektivdə imzalana biləcəyini düşünməyə əsas verir.Lakin rəsmi Bakının məlum tələbi var,o da Ermənistan konstitusiyasında Azərbaycanla bağlı ərazi iddialarının götürülməsini ehtiva edir.Rəsmi İrəvan bu məsələnin referenduma çıxarılacağını etiraf etsə də,problemin öz daxili işi olduğunu bildirir.Digər tərəfdən Paşinyan müxalifət və kilsənin onu təslimçilikdə günahlandıra biləcəyindən ehtiyat edir və buna görə də referendumu növbəti seçkilərdən,yəni 2027-ci ildən sonraya saxlayaraq hakimiyyəti üçün təhlükə ola biləcək amillərdən sığortalanmağa çalışır.Digər tərəfdən isə Qərbin regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi üçün daha münasib məqamı gözləmə mövqeyi də Paşinyan tərəfindən nəzərə alınır,bütün bunların konteksində rəsmi İrəvan yekun sülh müqaviləsinin imzalanmaması üçün danışıqları süni şəkildə uzada bilər. Ermənistan gözəl başa düşür ki,rəsmi Bakı irəli sürdüyü tələblərin yerinə yetirilməyəcəyinə qədər sülh müqaviləsini imzalamayacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 271 219 254 225 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.