Lusi

Lusi İdman 24-08-2017, 13:45

“Qarabağ” Bakıya qayıdıb

“Qarabağ” Bakıya qayıdıb


Ağdamın "Qarabağ” komandası vətənə dönüb.
Loading.az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin
cavab oyununda "Kopenhagen”lə Danimarkada qarşılaşan Azərbaycan çempionu
Bakıya qayıdıb. Rəqibin meydanında 1:2 hesabı ilə uduzmasına baxmayaraq,
mərhələni adlayan "Qarabağ” Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük
coşğu ilə qarşılanıb. Futbol ictimaiyyəti, KİV nümayəndələri, azarkeşlər qitənin
ən nüfuzlu klub turnirinin qrupuna düşən ilk Azərbaycan komandasının üzvlərini
və məşqçi heyətini böyük sevgi ilə qarşılayıblar. "Qurban, Qurban”, "Sən
bizim fəxrimizsən, "Qarabağ!”
sədaları səsləndirən, futbol marşları
ifa edən fanatlar tarix yazan komandanı alqışlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 649 582 589 638 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.